...

Azərbaycanda narkotiklərdən istifadə etdən edən 15 şəxs dünyasını dəyişib

Siyasət Materials 20 İyul 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu ilin 6 ayında respublikada həkim təyinatı olmadan bihuşedici dərman preparatlarından istifadə etdiklərinə görə 15 şəxs dünyasını dəyişib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə dövlət Komissiyasından cümə günü Trend ə verilən məlumata görə, hesabat dövründə narkotiklərlə bağlı 1506 cinayət faktı qeydə alınıb.

Cinayətlərin 875-i narkotiklərin saxlanması, 566-sı satışı, 65-i isə əkini ilə bağlıdır. Bu növ cinayətləri törətdiyinə görə 1063 nəfər yaxalanıb. Onlardan 2-si 18 yaşadək, 272-si 30 yaşadək, 789-u 30 yaşdan yuxarı, 8-i fəhlə, 4-ü qulluqçu, 1-i maddi məsul şəxs, 998-i işsiz, 1045-i kişilər, 18-i qadınlar, 322-si əvvəllər məhkum olunmuşlardır. Məsuliyyətə cəlb olunanların 24-ü xarici vətəndaşlardır. Onlardan 6 ay ərzində 52 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 10-u İran, 10-u Gürcüstan, 2-si Rusiya, 2-si Ukrayna vətəndaşlarıdır.

Xəbər lenti

Xəbər lenti