...

Norveçdə Azərbaycanda keçirilməsi planlaşdırılan prezident seçkiləri müzakirə olunacaq

Siyasət Materials 20 İyul 2007 14:14 (UTC +04:00)
Norveçdə Azərbaycanda keçirilməsi planlaşdırılan prezident seçkiləri müzakirə olunacaq

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Payızda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Osloya səfər edəcək. Bu barədə cümə günü Norveçin Azərbaycandakı səfiri Con Ramberq (Jon Ramberg) məlumat verib.

Rəsmi səfər çərçivəsində KİV ətrafındakı vəziyyət, habelə 2008-ci ildə Azərbaycanda planlaşdırılan prezident seçiləri ilə bağlı ikitərəfli məsləhətləşmələr keçiriləcək.

Ramberq bildirib ki, Norveçlə Azərbaycan bütün Avropanı enerji daşıyıcıları ilə təchiz edən vacib ölkələrdir. Onun sözlərinə görə, Məmmədyarovun səfəri zamanı nefti hasil edən ölkələrdə demokratik və iqtisadi institutlar sahəsindəki əməkdaşlıq məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti