...

Azərbaycan prezidenti Türkiyənin hakim partiya sədrini təbrik edib

Siyasət Materials 23 İyul 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin hakim partiyasının sədri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Bu barədə bazar ertəsi Azərbaycanın Prezident Aparatından məlumat verilib.

Türkiyənin hakim partiyası olan AKP bazar günü keçirilən parlament seçkilərində səs çoxluğu ilə Böyük Millət Məclisinə seçilib və yenidən hakim partiya olub.

Prezident Əliyev AKP-nin seçkidə qazandığı uğur münasibəti ilə Ərdoğanı təbrik edib. Əliyev qeyd edib ki, demokratik və şəffaf şəraitdə keçirilən bu seçkidə AKP-nin qazandığı uğur bu partiyanın Türkiyənin yüksəlişi naminə həyata keçirdiyi uzaqgörən siyasətinə xalq tərəfindən verilən qiymətdir. Əliyev Ərdoğanın sevincini bölüşdüyünü, AKP-nin bütün üzvlərinə uğurlar dilədiyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti