...

Azərbaycan və Rusiya telekanalların qarşılıqlı yayımı barədə razılığa gəliblər

Siyasət Materials 23 İyul 2007 14:02 (UTC +04:00)
Azərbaycan və Rusiya telekanalların qarşılıqlı yayımı barədə razılığa gəliblər

Azərbaycan, Bakı / müx. Trend A.Bədəlova/ Azərbaycan və Rusiya hər iki ölkənin televiziya kanallarının qarşılıqlı yayımlanması barədə müqavilənin mətnini imzalayıblar. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vasiliy İstratov iki ölkə ekspertlərinin görüşü barədə məlumat verərkən bildirib.

O qeyd edib ki, tərəflər müqavilənin mətnini müzakirə ediblər və qarşılıqlı yayımın davam etdirilməsi üçün siyasi iradələrini ifadə ediblər. Səfir qarşılıqlı yayımlanması barədə razılığa gəlinmiş kanalların adını açıqlamayıb.

Azərbaycan iyulun 10-dan xarici telekanalların proqramlarının milli tezliklərdə yayımlanmasının dayandırılması barədə qərar qəbul edib. O cümlədən Rusiyanın "Birinci kanalı" və Türkiyənin STV kanalının yayımının dayandırılması barədə qərar çıxarılıb. "RTR-planeta" kanalının yayımı Azərbaycan Dövlət Televiziyasının (AzTV) Rusiyanın bir sıra regionlarında yayımlanması ilə bağlı danışıqlar davam etdiyindən hələ ki dayandırılmayıb.

Xəbər lenti

Xəbər lenti