...

Azərbaycanın orta məktəblərində mühiti dəyişmək lazımdır...

Siyasət Materials 23 İyul 2007 16:42 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində mühiti dəyişmək lazımdır...

Azərbaycan, Bakı, 23 iyul/ A.İsmayılova - Trend informasiya agentliyinin direktor müavini/

Azərbaycanın təhsil naziri bildirib ki, yeni təhsil ili başlayandan ümumtəhsil məktəblərində oxuyan bütün şagirdlər vahid forma geyinməlidirlər. O, bunu məktəblilər arasında diskriminasiyanı aradan qaldırmaq cəhdi kimi izah edib.

Əsas hiddətləndirici cəhət odur ki, Nazirlik bu qərarı bizimlə - valideynlərlə, ictimaiyyətlə məsləhətləşmədən qəbul edib. Bunun üçün məktəblərdə valideyn şuraları var. Hələ məsələyə yanaşmanın düzgün olmadığı bir yana, bizdən bu barədə heç kəs soruşmur da.

Buna görə də bu, gənc nəsli məhdudlaşdırmaqdan başqa bir şey deyil. Gənclər onsuz da öz hüquqları ilə verilmiş təhsili ala bilmirlər. Bizim avrointeqrasiya, hərəkət və seçim azadlığından danışdığımız bir vaxtda vahid forma barədə məsələnin qaldırılması nə dərəcədə düzgündür.

Mənim qızım ikinci sinifdə oxuyur. Bizim cəmiyyətdə sonsuz streotiplərə baxmayaraq mən onu azad insan kimi tərbiyə etməyə nail oluram. Lakin mən bilirəm ki, o, BİZİM Təhsil Nazirliyinin məktəbə formada gəlməklə bağlı qərarını necə qəbul edəcək. Mən əminəm ki, o, buna etiraz edəcək. Bəs mən bu halda ona nə deməliyəm?

Nazir hesab edir ki, bu, məktəblilər arasında olan diskriminasiyanı aradan qaldıracaq. O əmindir ki, bununla da nəinki təhsil alanlara, həmçinin müəllimlərə pis təsir edən varlı və kasıb məsələsi həll olunacaq.

Bəs niyə biz təhsilin səviyyəsinin artırılması və təhsil alanların tərbiyəsi ilə məşğul olmayaq. Bu həm müəllimlərin peşəkarlığı, həm də müstəqilliyinin artırılmasına aiddir. Niyə müəllimlərin əmək haqqı maksimuma qədər artırılmasın. Axı bizim cəmiyyətimizdəki bütün problemlərin kökü məhz ölkənin təhsil səviyyəsinin biabırçı olmasına gedib çıxır.

Biz məktəbdə öz müəllimlərimizə hörmət edirdikmi? Yeri gəlmişkən, mən sovet dövründə rus məktəbini bitirmişəm. O vaxb biz müəllimlərə biliklərinə görə hörmət edirdik. Bəs indiki məktəblərdə nə baş verir? Hansı şagird müəllimə biliyinə görə hörmət edir. Bu, nadir hallarda olur.

Mən əminəm ki, məktəblərdə diskriminasiyanın aradan qaldırılması və digər problemlərdə inzibati metodlara əl atmaq lazım deyil. Sadəcə, mühiti dəyişmək lazımdır...

Xəbər lenti

Xəbər lenti