...

Azərbaycan prezidenti Polşa prezidentinə başsağlığı verib

Siyasət Materials 23 İyul 2007 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti Ilham Əliyev bazar ertəsi Polşa prezidenti Lex Kaçinskiyə başsağılığı məktubu göndərib. Bu barədə Trend xəbər verir.

"Fransanın cənub-şərqində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram" - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti