...

Müxalifət partiyasının iddiası ilə Ədliyyə Nazirliyinə qarşı məhkəmə prosesi təxirə salındı

Siyasət Materials 24 İyul 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vətəndaş və İnkişaf Partiyasının (VİP) Azərbaycan Ədliyyə Nazirliyinə qarşı iddiası əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bu barədə partiyanın sədri Əli Əliyev məlumat verib.

VİP-in təsis sənədlərinin Ədliyyə Nazirliyinə bir il əvvəl təqdim olunmasına baxmayaraq, partiya indiyədək dövlət qeydiyyatına alınmayıb. VİP-in Yasamal Rayon Məhkəməsində qaldırdığı iddiasında tələb olunur ki, məhkmə Ədliyyə Nazirliyinin VİP-i dövlət qeydiyyatına alması vəzifəsini yerinə yetirməsinə dair qətnamə çıxarsın.

Qeyd edək ki, ilk hazırlıq iclasında cavabdeh tərəf iştirak etmədiyi üçün məhkəmə təxirə salınmışdı. İkinci dəfə keçirilən iclasda isə nazirliyin nümayəndəsi iştirak edib və proses iyulun 24-nə təyin olunmuşdu.

Çərşənbə axşamı hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə keçirilən iclasa yenə nazirliyin təmsilçiləri gəlmədilər. Qarşı tərəfin iştirak etməməsi səbəbindən hakim prosesi avqustun 2-nə saat 11.00-a təyin edib.

Müxalifəti təmsil edən VİP "Azadlıq" blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti