...

Gürcü tərəfi tanınmış jurnalist Elmar Hüseynovun ölümündə şübhəli bilinən şəxslərin Azərbaycana təhvil verilməsindən imtina edib

Siyasət Materials 24 İyul 2007 16:45 (UTC +04:00)
Gürcü tərəfi tanınmış jurnalist Elmar Hüseynovun ölümündə şübhəli bilinən şəxslərin Azərbaycana təhvil verilməsindən imtina edib

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia, K.Zərbəliyeva/ Gürcüstan tərəfi tanınmış Azərbaycan jurnalisti Elmar Hüseynovun ölümündə şübhəli bilinən iki şəxsi Azərbaycana verməkdən imtina edib.

"Monitor" müxalifyönümlü jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin alaqapısında öldürülüb. İstintaq versiyalarının birinə görə, jurnalistin qatillərindən biri Gürcüstanda gizlənə bilər. Bu məqsədlə Azərbaycan Baş Prokurorluğunun, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları iyulun 17-dən Gürcüstandanda idilər.

Çərşənbə axşamı Gürcüstanın Baş Prokurorluğundan Trend ə verilən məlumata görə, hazırkı iş ezamiiyyəti zamanı Azərbaycan tərəfi Azərbaycan mənşəli iki Gürcüstan vətəndaşının qətldə iştirakı ilə bağlı yeni faktlar və sübutlar təqdim etməyib.

"Biz azərbaycanlı həmkarlarımıza bu qətlin Gürcüstan ərazisində araşdırılması işində kömək edirik, lakin bu detalları dəqiqləşdirmək səlahiyyətimiz yoxdur" - deyə Baş Prokurorluqdan bildiriblər.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəisi Arif Babayev istintaq qrupunun Gürcüstana səfərinin yekunları ilə bağlı məlumat verməkdən imtina edib. Onun sözlərinə görə, lazım olan təqdirdə məlumat ictimaiyyətin nəzərinə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti