...

Daxili işlər naziri: "Azərbaycanda cinayət faktlarının sayı azalıb"

Siyasət Materials 25 İyul 2007 11:45 (UTC +04:00)
Daxili işlər naziri: "Azərbaycanda cinayət faktlarının sayı azalıb"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda bu ilin birinci yarımilliyində 8676 cinayət faktı qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% azdır. Bu barədə çərşənbə günü Daxili İşlər Nazirliyinin birinci yarımilliyinin nəticələrinə dair keçirilən kolleqiya iclasından öncə mətbuat konfransında daxili işlər naziri Ramil Usubov məlumat verib.

Nazirin sözlərinə görə, cinayətlərin ağır və xüsusilə ağır növləri əvvəlki illərdə olduğu kimi yüksək olmaqla 93,1% təşkil edib. Cinayətlərin strukturunda qəsdən adam öldürmə və öldürməyə cəhdlər 18,4 %, quldurluq və soyğunçuluq 15,4%, mənzillərdə qarət 5,9%, mal-qara oğurluqları 23, 9%, avtonəqliyyatın qaçırılması faktlarının sayı 11,4 % azalıb, banditizm və adamları girov götürmə ilə bağlı cinayətlər qeydə alınmayıb. Usubov bildirib ki, hesabat dövründə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif cinayətlər törətmiş 8171 şəxs məsuliyyətə cəlb olunub. Ötən illərdən bağlı qalan 272, "isti izlərlə" isə 41 ağır cinayət açılıb.

Xəbər lenti

Xəbər lenti