...

Bu gün bir qrup azərbaycanlı sülhməramlı İraqdan vətənə qayıdır

Siyasət Materials 26 İyul 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ NATO Sülhməramlı Qüvvələrinin tərkibində İraqda xidmət edən Azərbaycan hərbçilərinin 88 nəfəri cümə axşamı günorta saatlarından sonra Bakıya gələcək. Bu barədə cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hazırda Azərbaycan hərbçilərinin 150 nəfərdən ibarət tərkibi İraqın Hacita şəhərindəki Su Elektrik Stansiyasını mühafizə edirlər.

Azərbaycan hərbçiləri NATO Sülhməramlı Qüvvələrinin tərkibində İraq, Kosovo və Əfqanıstanda xidmət edirlər.

Xəbər lenti

Xəbər lenti