...

Azərbaycanda isti hava şəraiti ilə bağlı günün müəyyən saatlarında hərbi hissələrdə təlimlərin keçirilməsinə qadağa qoyulub

Siyasət Materials 26 İyul 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda isti hava şəraiti ilə bağlı müdafiə naziri Səfər Əbiyev günün isti saatlarında təlimlərin keçirilməsinə qadağa qoyan əmr verib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev cümə axşamı Trend ə bildirib ki, əmrə əsasən hərbi hissələrdə təlimlər keçirilərkən havanın proqnozu nəzərə alınmalıdır. Təlimlərin adətən səhər saat 11.00-a qədər və axşam 17.00-dan sonra keçirilməsi tövsiyə olunub.

Verdiyevin sözlərinə görə, əmrdə həmçinin hərbi hissələrdə günvurmanın qarşısının alınması üçün xüsusi kölgəliklərin yaradılmasının zəruriliyi göstərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosundan isə cümə axşamı bildiriblər ki, bu gün də daxil olmaqla yaxın günlərdə Azərbaycanda havanın maksimal temperaturu 39 dərəcə olacaq.

Xəbər lenti

Xəbər lenti