...

Azərbaycan Sərhəd Xidmətinin nümayəndə heyəti Latviyaya səfər edib

Siyasət Materials 26 İyul 2007 15:16 (UTC +04:00)

"Bizim qəzet"in verdiyi məlumata görə, Azərbaycan sərhədçilərinin Latviyaya üçgünlük rəsmi səfəri zamanı Azərbaycan Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və onun latviyalı həmkarı Qunar Dabolinş başda olmaqla yüksək vəzifəli qonaqlar Dauqavpilisə səfər ediblər.

Bu, Azərbaycan Sərhəd Xidmətinin Latviyaya ilk səfəridir.

General Dabolinş qeyd edib ki, Azərbaycan və Latviyanın müxtəlif coğrafi şəraitdə olmasına baxmayaraq, (Latviyanın sərhədləri çay, düzənlik ərazilər və dənizdir, Azərbaycanın sərhədləri isə dağlar və dənizdən ibarətdir) iki ölkənin sərhədçilərinin işində ümumi şeylər çoxdur. Bunlara heyətin peşəkar təlim keçməsi və sərhədlərin mühafizəsi zamanı müasir texnikadan istifadə edilməsi daxildir.

Payızda latviyalı sərhədçilər Bakıya cavab səfəri edəcəklər.

Xəbər lenti

Xəbər lenti