...

Azərbaycan və Rusiya Qəbələ RLS üzrə növbəti məsləhətləşmələr keçirib

Siyasət Materials 26 İyul 2007 17:07 (UTC +04:00)
Azərbaycan və Rusiya Qəbələ RLS üzrə növbəti məsləhətləşmələr keçirib

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Bu gün Bakıda Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in birgə istifadə olunması üzrə növbəti məsləhətləşmələr keçirilib. Bu məsələ dünən axşam Bakıya gələn Rusiyanın xarici işlər nazirinin müavini Sergey Kislyak və Araz Əzimov arasında müzakirə olunub.

Görüşdən sonra Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov yaxın zamanlarda Qəbələ RLS-in birgə istifadəsi üzrə Azərbaycan və Rusiya arasında məsləhətləşmələrin keçiriləcəyini bildirirb. Onun fikrincə, Qəbələ RLS-in istifadə olunması perspektivləri məsləhətləşmələrin yekunundan asılıdır. "Azərbaycan Qəbələ RLS-lə bağlı bütün məsləhətləşmələrdə iştirak edəcək. Rusiyanın təklifinə baxılacaq", - deyə Əzimov bildirib.

İyunun əvvəlində Almaniyada "böyük səkkzilərin" sammitində Putin Amerikanın raketdən müdafiə sistemi yaratmaq məqsədi ilə Şərqi Avropada, xüsusilə də Polşa və Çexiyada RLS quraşdırmaq planına cavab olaraq ABŞ-a İranla qonşu olan Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS-i birgə istifadə etməyi təklif edib. RF prezidenti Azərbaycanda RMS sistemi elementləri yerləşdirilməsinin üstünlüyünü bildirib.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i kirayələyib. RLS hələ sovet dövründə SSRİ-nin müdafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra, Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq stansiyanın birgə istfadə olunmasını təklif edib. Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti