...

Nazir müavini: Rusiya Ermənistanda hərbi kontingentini artırmaq niyyətində deyil

Siyasət Materials 26 İyul 2007 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Rusiya AASQS-dən çıxdıqdan sonra Ermənistandakı hərbi kontingentini artırmaq niyyətində deyil. Bu barədə cümə axşamı Bakıda Rusiya xarci işlər nazirinin müavini Sergey Kislyak məlumat verib.

Onun sözlərinə görə, Rusiya ABŞ-ın Şərqi Avropada RMS sistemi quraşdırmaq qərarına cavab olaraq bu cür tədbirlərə əl atmaq niyyətində deyil.

Rusiyanın AASQS-dən çıxması ilə bağlı Kislyak qeyd edib ki, Rusiya qarşıdurma axtarmır. Onun fikrincə, onların bütün addımları vəziyyəti daha normal, daha idarəolunan müstəviyə qaytarmağa yönəlib. "Əgər bizim həmkarlarımız bunda maraqlı olacaqlarsa, qarşıdurma olmayacaq. Lakin təbii ki, hərbi qüvvələrin qurulmasınada öncədən xəbər verilməmə heç vaxt beynəlxalq təhlükəsizliyi möhkəmləndirməyib", - deyə o bildirib.

Daha öncə prezident Putin Federal Məclisə müraciətdə NATO silahlanmanı azaltmayacağı təqdirdə Rusiyanın AASQS-in icrasına moratorium elan etməyi təklif etmişdi. Sazişin şərtlərinə əsasən, moratorium Rusiya onu təsdiq etdikdən 150 gün sonra qüvvəyə minir və tarix dekabırın sonlarında bitir.

Avropada adi silahlı qüvvələr haqqında Saziş Varşava müqaviləsi və NATO ölkələri tərəfindən SSRİ dağılmamışdan bir müddət öncə, 1990-cı ildə imzalanıb.

1999-cu ildə ATƏT-in İstanbul sammitində AASQS-in yenilənmiş variantı imzlanıb. Bu əsasla hər bir iştirakçı dövlət üçün sazişin blok strukturundan milli və ərazi səviyyəsinə keçid həyata keçirilməli idi.

Xəbər lenti

Xəbər lenti