...

Fransalı politoloq: "Bolqar həkimlərinin azad edilməsi Liviya və Fransanın münasibətlərini yaxşılaşdıracaq"

Siyasət Materials 27 İyul 2007 11:56 (UTC +04:00)
Fransalı politoloq: "Bolqar həkimlərinin azad edilməsi Liviya və Fransanın münasibətlərini yaxşılaşdıracaq"

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ Bolqar həkimlərinin Liviya tərəfindən azad edilməsi şübhəsiz ki, bu ölkənin Fransa ilə əlaqələrini yaxşılaşdıracaq. Fransanın Strateji və Beynəlxalq Münasibətlər İnstitutunun (İRİS) tədqiqat proqramına rəhbərlik edən fransalı politoloq Lor Delkür hesab edir ki, 400-dən çox liviyalı uşağı QİÇS-ə yoluxdurmaqda ittiham olunan həkimlərin Liviyanın lideri Muamar Kaddafi tərəfindən azad edilməsi Fransa və Liviya arasında əlaqələrin yeni səviyyəsinin başlanğıcını qoyacaq.

Beş bolqarıstanlı tibb bacısı və hazırda Bolqarıstan vətəndaşı olan fələstinli həkim 1999-cu ildə Liviyda 400-dən çox uşağı qəsdən HİV-ə yoluxdurmaqda ittiham olunaraq həbs olunublar. İlkin olaraq onlar ölüm cəzasına məhkum edilib, lakin bir həftə bundan əvvəl ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz olunub.

Bazar günü AB-in xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner və Fransa prezidentinin xanımı Sesiliya Sarkozi beş bolqarıstanlı tibb bacısının və fələstinli həkimin azad edilməsində vasitəçi kimi çıxış ediblər. Parisdən telefonla Delkürün bildirdiyinə görə, Fransa və Liviya arasında münasibətlərin yaxşılaşmasının parlaq nümunəsi Fransa prezidenti Nikolya Sarkozinin cümə axşamı Liviyaya rəsmi səfəridir və bu səfər zamanı nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq barədə müqavilə imzalanıb.

Sarkozinin Liviyaya ikigünlük səfəri çərçivəsində Avropa Birliyinin adından Fransa prezidenti təhlükəsizliyin təminatı, energetika, təhsil, immiqrasiya, səhiyyə və elm sahəsində müqavilələr imzalayıb.

Xəbər lenti

Xəbər lenti