...

Müxalifətyönlü partiya qurultayında prezident seçkilərini müzakirə edəcək

Siyasət Materials 27 İyul 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / Müxalifətyönlü Ədalət Partiyasının qarşıdan gələn prezident seçkilərində iştirakı məsələsi partiyanın qurultayında müzakirə olunacaq. Bu barədə partiyanın sədri İlyas İsmayılov məlumat verib.

Onun sözlərinə görə, hazırda qurultaya hazırlıq üzrə rayon təşkilatlarının konfransları keçirilir. Qurultayın payızda keçirilməsi nəzərdə tutulur. İsmayılov qeyd edib ki, qurultayda Ədalət Partiyasının Nizamnamə və Məramnaməsinə, həmçinin strukturuna dəyişiklik edilə bilər.

Partiyanın sədr müavini Elxan Şükürlü isə bildirib ki, qurultayda sədrliyə İsmayılovun namizədliyi irəli sürüləcək. Onun sözlərinə görə, partiya üzvlərinin İsmayılova yenidən etimad göstərəcəyi gözlənilir.

Bu, Ədalət Partiyasının vaxtilə ADP-dən ayrıldıqdan sonra ikinci qurultayı olacaq.

Partiyanın sədri İsmayılov Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti