...

Azərbaycan prezidenti Böyük Britaniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 27 İyul 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Prezident sarayında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kerolin Braunun etimadnaməsini qəbul edib. Xanım Braun Prezident sarayında Fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir öz etimadnaməsini, həmçinin sələfinin geri çağırılmasına dair məktubu Azərbaycan prezidentinə təqdim edib, öz arzularını çatdırıb.

Prezident Əliyev səfiri yeni təyinatı münasibətilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı əminliyni bildirib ki, müstəqillik illərində daim inkişaf etmiş Azərbaycan-Böyük Britaniya münasibətlərinin uğurlu şəkildə genişləndirilməsi səfirin fəaliyyəti dövründə yenə də davam edəcək: "Dövlətlərimiz arasında güclü tərəfdaşlıq var və biz bunu yüksək qiymətləndiririk. Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz uğurla həyata keçirilir. Mən dövlətlərarası münasibətlərimizin səviyyəsindən razıyam. Ümid edirəm ki, bundan sonra siz də bu münasibətlərin inkişafına öz töhfənizi verəcəksiniz" - deyə Azərbaycanın dövlət başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti