...

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə işçi qrup mübahisəli ərazilərlə bağlı razılığa gəlib

Siyasət Materials 27 İyul 2007 16:49 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə işçi qrup mübahisəli ərazilərlə bağlı razılığa gəlib

Azərbaycan, Şəki /müx . Trend E.Quliyev / Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə işçi qrup ekspertlərin rəyini müzakirə edib və mübahisəli ərazilərlə bağlı razılığa nail olub. Bu məsələ Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının növbəti görüşü zamanı müzakirəyə çıxarılıb. Bu barədə cümə günü Bakıdan 390 kilometr şimal-qərbdə yerləşən Balakən rayonunun icra orqanları məlumat veriblər.

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyaı və demarkasiyası üzrə işçi qrupun ekspertləri iyulun 26-da Azərbaycanın Balakən rayonunda sərhədin 45-ci məntəqəsinə baxış keçirib. Sonra isə işçi qrup rayonun icra orqanının rəhbərliyi ilə görüşüb və məntəqəyə baxışın yekunları barədə məlumat verib.

Balakən rayonunda yerləşən sərhəd hissəsi bu günə qədər müəyyənləşdirilməmiş üç sərhəd məntəqəsindən biridir. Məntəqə Böyük Qafqaz silsiləsinin yamacında çətin keçilən ərazidə yerləşir. Göstərilmiş xəritəni və fatiki nəticələri müqayisə etmək məqsədilə ekspertlər piyada bu yerləri keçiblər.

İşçi qrupun görüşünün yekun sənədi dövlət sərhədinin delimitasiyası ilə bağlı komissiyanın Bakıda keçiriləcək 14-cü yığıncağının gündəliyinə daxil ediləcək.

Komissiyanın iyulun 11-12-də Maxaçqalada keçirilən 13-cü yığıncağı zamanı tərəflər müvafiq məsələ ilə bağlı iki ölkənin mövqeyinin yaxınlaşdırılması istiqamətində işi davam etdirmək qərarına gəliblər. Yığıncağın işində Azərbaycan tərəfindən başda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov olmaqla hökumət üzvlərindən ibarət nümayəndə heyəti iştirak edib. Rusiya tərəfindən müvafiq komissiyaya RF XİN-inin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Yakovenko həmsədrlik edir.

Bu günə qədər 3 sərhəd məntəqəsi müəyyənləşdirilməmiş qalıb ki, bu da iki ölkə arasından keçən bütün sərhədlərin 5%-ni təşkil edir. Bunlardan biri Samur çayı üzərindək körpüdür. Digər məntəqə isə Xaçmaz rayonunun sahilyanı meşə massividir. Sonuncu məntəqə Balakən rayonunda yerləşir.

Xəbər lenti

Xəbər lenti