...

Metyu Brayza Abxaziya ilə Kosovonun müqayisəsini "məsuliyyətsizlik" hesab edir

Siyasət Materials 27 İyul 2007 16:56 (UTC +04:00)
Metyu Brayza  Abxaziya ilə Kosovonun müqayisəsini "məsuliyyətsizlik" hesab edir

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə məsləhətçisi Metyu Brayza və Gürcüstan parlamentinin spikeri Nino Burcanadze Cənubi Osetiya və Abxaziya problemlərinin tənzimlənməsini müzakirə ediblər.

Cümə günü Tiflisdə qapalı keçirilən görüşdə bir sıra digər mühim siyasi məsələlər müzakirə olunub.

Görüşün sonunda Brayza yalnız onu bildirib ki, Abxaziya üçün Kosovo presedenti ilə bağlı bütün bəyanatlar "məsuliyyətsizdir". "Biz Gürcüstandakı münaqişələrin həlli yollarını müzakirə etdik. ABŞ növbəti dəfə qeyd edir ki, Gürcüstanın ərazi bütövlüyünün tərəfdarıdır",-deyə o bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi həmçinin bildirib ki, Gürcüstanın demokratik inkişaf məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti