...

Gəncədə piyadaların vurulması halı artıb

Siyasət Materials 28 İyul 2007 10:48 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində ilin əvvəlindən iyulun sonuna qədər 34 piyadanın vurulması halı baş verib. Onlardan 30 nəfəri ciddi xəsarət alıb, 6-sı isə ölüb. Bu barədə şənbə günü Gəncə şəhər Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov məlumat verib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə isə 29 bu cür qəza baş verib ki, nəticədə 11 nəfər yaralanıb, 8 nəfər dünyasını dəyişib.

Bu qəzaların baş verməsində piyadaların günahının daha çox olduğunu vurğulayan Zeynalov qeyd edib ki, son vaxtlar Gəncədə piyadalara qarşı tətbiq olunmuş cəzalar belə onların yol hərəkəti qaydalarını pozmalarının qarşısını ala bilmir.

Yol hərəkəti qaydalarını pozan hər bir şəxs İnzibati Xətalar Məcəlləsinə əsasən şərti maliyyə vahidinin 3 mislindən 8 mislinədək cərimə olunur.

Xəbər lenti

Xəbər lenti