...

Fövqəladə hallar nazirinin müavini: "Yüksək gərginlikli elektrik xətlərinin altında olan tikililər söküləcək" (video)

Siyasət Materials 30 İyul 2007 12:18 (UTC +04:00)
Fövqəladə hallar nazirinin müavini: "Yüksək gərginlikli elektrik xətlərinin altında olan tikililər söküləcək"  (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda yüksək qərginlikli elektrik xətlərinin altında olan tikililər məhkəmələrin qərarları ilə söküləcək. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə məlumat verib. Onun sözlərinə

görə, nazirlik tərəfindən yüksək gərginlikli elektrik xətlərinin altında olan tikililərlə bağlı yoxlamalar aparılır və onlar siyahıya alınır.

Tağızadə həmçinin bildirib ki, nazirlik Azərbaycanda körpülərlə bağlı monitorinq aparır və qəzalı körpülərlə bağlı müvafiq qurumlara arayış verir.

Xəbər lenti

Xəbər lenti