...

Ukraynalı ekspert: "Əldə olunmuş razılığa yenidən baxmaq cəhdi yazda baş verən böhrandan daha böyük bir böhrana səbəb ola bilər"

Siyasət Materials 30 İyul 2007 13:53 (UTC +04:00)
Ukraynalı ekspert: "Əldə olunmuş razılığa  yenidən baxmaq cəhdi yazda baş verən böhrandan daha böyük bir böhrana səbəb ola bilər"

Bakı, Azərbaycan /müx. Trend A.Qasımova/ "Sofiya" Sosial Araşdırmalar Mərkəzinin direktoru, ukraynalı ekspert Andrey Yermolayev hesab edir ki, Ukraynanın Ali Radasının spikeri Aleksandr Morozun parlamentin növbədənkənar sessiyasının keçirilməsi barədə əmri parlamentə vaxtından əvvəl seçkilərin keçirilməsinə mane olmayacaq. Onun sözlərinə görə, Morozun əmri ciddi hüquqi nəticələrə səbəb ola bilməz.

Ali Radanın spikeri Moroz şənbə günü parlamentin növbədənkənar sessiyasının çağırılması barədə əmr verib. Spikerin iyulun 31-də çağırmağı planlaşdırdığı Ali Radanın növbədənkənar sessiyasının gündəliyində növbədənkənar seçkilərin keçirilməsinin hüquqi təminatının, həmçinin iyunun 5-dən 27-nə kimi qəbul olunan Ukrayna qanunlarının vəziyyəti ilə bağlı məsələlər dayanır. Moroz təsdiq edir ki, növbədənkənar sessiyanın keçirilməsi tələbilə 179 xalq nümayəndəsi ona müraciət edib. Başqa sözlə, Moroz parlamentə vaxtından əvvəl seçkilərin keçirilməsi imkanlarını şübhə altında qoyur.

Bazar ertəsi Kiyevdən telefonla Yermolayev bildirib ki, heç də bütün deputatlar parlamentə vaxtından əvvəl seçkilərin keçirilməsi ilə bağlı siyasi qərarla razı deyillər, belə ki, prezident Viktor Yuşenkonun göstərişi "ağırlaşmış hüquqi nəticələrə malik olan inqilabi dekreti xatırladır".

""Bizim Ukrayna", Yuli Timoşenko və digər inqilabi bloklarda bu məsələ ilə bağlı birmənalı olmayan vəziyyət yaranıb, heç də bütün deputatlar bununla razı deyildilər və bu günə qədər parlamentdə seçkiləri qeyri-legitim hesab edən böyük deputat qrupu var. Məhz bu deputatların tələbi ilə sessiya çağrılır və ola bilsin ki, bu sessiyada prezidentin ünvanına tənqidlər səslənsin və prezidentin üçüncü göstərişinin hüquqi cəhətdən qiymətləndirilməsinin vacibliyi barədə məsələ qaldırılsın. Hətta bir qrup deputat bu qiymətləndirmənin verilməsi məqsədilə Kontitusiya məhkəməsinə müraciət edib" - deyə politoloq qeyd edib.

Prezident Yuşenkonun üçüncü göstərişi Ali Radaya növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı olub.

Yermolayevin sözlərinə görə, Ukraynada parlamentə vaxtından əvvəl seçkilər baş tutacaq, belə ki, buna aprarıcı siyasi qüvvələrin, Bizim Ukrayna Partiyasının, Yuli Timoşenko blokunun, Regionlar Partiyasının siyasi iradəsi var.

"Siyasi razılıqdan imtina etmək və ya ona yenidən baxmaq cəhdləri yazda baş verən böhrandan daha böyük bir böhrana səbəb ola bilər" - deyə Yermolayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti