...

Sentyabrda müxalifətçi partiya ilə Dövlət Komitəsi arasında məhkəmə çəkişməsi başlayacaq

Siyasət Materials 30 İyul 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / Böyük Quruluş Partiyası (BQP) sentyabrda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məhkəməyə şikayət verəcək. Bu barədə BQP sədri Fazil Qəzənfəroğlu məlumat verib.

Onun sözlərinə görə, BQP yaranandan bəri dörd il ərzində qərargahla təmin olunması üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə bir neçə dəfə müraciət edib. Komitə BQP-yə Bakının səkkizinci mikrorayonunda yerləşən 16 mərtəbəli inzibati binada yer təklif edib. Qəzənfəroğlunun sözlərinə görə, həmin yer tam təmirsiz, normal fəaliyyət üçün yararsız olduğu üçün təklifdən imtina ediblər.

Partiya artıq Dövlət Komitəsindən məhkəməyə şikayət hazırlayıb. İddia ərizəsində Dövlət Komitəsinin öz vəzifəsini yerinə yetirmədiyi üçün məsuliyyətinin müəyyən olunması tələb edilir.

BQP sədrinin sözlərinə görə, hazırda yay mövsümü, tətil dövrü olduğu üçün məhkəmə çəkişməsinə sentyabrda başlayacaqlar.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti