...

Səfir: Çin Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir

Siyasət Materials 31 İyul 2007 11:57 (UTC +04:00)
Səfir: Çin Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova / İlin sonunadək Çin rəhbərliyinin nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə çərşənbə axşamı Çinin Azərbaycandakı səfiri Can Xançjou məlumat verib.

Səfərin konkret tarixinin dəqiqləşdirilməsi üçün gələn həftə səfir Pekinə yollanacaq.

Xançjou həmçinin bildirib ki, Azərbaycan hərbçiləri Çində hazırlıq keçəcəklər. "Biz Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirməyi və təcrübə mübadiləsi aparmağı planlaşdırırıq" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti