...

Azərbaycan prezidenti İsveçrə Konfederasiyasının prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 31 İyul 2007 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir X.Ələkbərova / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çərşənbə axşamı İsveçrənin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə İsveçrə Konfederasiyasının prezidenti zati-aliləri xanım Mişelin Kalmi-Reyə təbrik məktubu ünvanlayıb.

Ən səmimi təbriklərini yetirən prezident Əliyev Azərbaycan-İsveçrə münasibətlərinin dostluq və əməkdaşlıq zəminində inkişaf etməkdə olduğuna, əlaqələrin daha da dərinləşdirilməsi, əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyətin hər iki ölkə xalqının rifahına yeni-yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti