...

Səfir: "Litvada Azərbaycan prezidentinin səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyini gözləyirlər"

Siyasət Materials 7 Sentyabr 2007 18:26 (UTC +04:00)
Səfir: "Litvada Azərbaycan prezidentinin  səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyini gözləyirlər"

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyevin Litvaya gözlənilən rəsmi səfəri zamanı imzalanması planlaşdırılan sənədlər paketi təqribən 12 hökumətlərarası sazişi əhatə edir. Bu barədə cümə günü telefonla Azərbaycanın Litvadakı səfiri Nairə Şaxtaxtinskaya məlumat verib.

Səfirin sözlərinə görə, Azərbaycan prezidentinin Litvaya ilk rəsmi səfəri sentyabrın 13-14-nə planlaşdırılıb.

Sənədlər paketi hələ ki, razılaşdırılma prosesindədir. Səfər zamanı hansı sənədlərin imzalanacağı bir qədər sonra məlum olacaq. Sənədlər əməkdaşlığın siyasi, iqtisadi və humanitar sahələrini əhatə edəcək.

Səfər zamanı dövlət başçısını Azərbaycanın sahibkarlardan ibarət qrupu müşayiət edəcək.

Proqrama iki ölkənin iş adamlarının iştirakı ilə bizens-forumun keçirilməsi də daxildir.

Səfirin verdiyi məlumata görə, Litvada Azərbaycan prezidentinin gözlənilən səfərinə xüsusi önəm verilir. Cümə günü Şaxtaxtinskaya öz etimadnaməsini Litva prezidenti Voldas Adamkusa təqdim edib. Görüşdə prezidentin gələcək səfəri söhbətin əsas mövzularından biri olub.

Səfirin sözlərinə görə, Litvada səfərin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyini gözləyirlər.

Xəbər lenti

Xəbər lenti