...

Müsəlmanlar üçün müqəddəs Ramazan ayı başlanır

Cəmiyyət Materials 13 Sentyabr 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Cümə axşamı Məhəmməd peyğəmbərin məsləkdaşları üçün müqəddəs Ramazan ayı başlanıb.

Ramazan müsəlman təqviminin 9-cu ayıdır. Bu gün müsəlmanlar bir-birini sınaq, dəyişikliklər və ümid ayının gəlişi münasibətilə təbrik edirlər. Sentyabrın 13-dən oktyabrın12-nə qədər oruc tutan şəxslərə günün işıqlı vaxtı yemək, içmək, "hər hansı bir maddə" qəbul etmək, siqaret çəkmək, ətirlər qoxulamaq, qadınlarla intim əlaqədə olmaq qadağan edilir. Qaranlıq düşəndə, "qara sapı ağ sapdan seçmək mümkün olmayanda" məhdudiyyətlər aradan qalxır.

Orucluq islamın bütün müsəlmanların mütləq əməl etməli olduğu 5 şərtindən biridir. Ağır xəstələr, qocalar, hamilə qadınlar, yol üstündə, müharibə meydanında olanlar oruc tutmaqdan azad edilir.

Səhər iftarının vaxtı 06.05, axşam iftarının vaxtı isə 20.09-dur.

Ramazanın ilk gününün duası: "Ya rəbb! Dualarımı və tutduğum orucu qəbul et. Müqəddəs ayda məni qəflət yuxusundan oyat. Günahlarımı bağışla, mərhəmətli Allah!"

Xəbər lenti

Xəbər lenti