...

Azərbaycanın içməli su mənbəyi olan Kür çayında çirklənmə normadan artıqdır

Cəmiyyət Materials 1 Oktyabr 2007 12:33 (UTC +04:00)
Azərbaycanın içməli su mənbəyi olan Kür çayında çirklənmə normadan artıqdır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda içməli su kimi istifadə olunan və Bakının 60 faizini içməli su ilə təhciz edən Kür çayının Ermənistan və Gürcüstanda ağır metallarla çirkləndirilməsi üzrə göstəricilər artıb, bazar ertəsi Trend ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (ETSN) Radiasiya Problemləri İnstitutunun direktoru, MAQATE-nin Azərbaycan üzrə nümayəndəsi Adil Qəribov bildirib. Onun sözlərinə görə, transsərhəd suları sayılan Araz və Kür çaylarının tərkibindəki ağır metallar normadan artıqdır.

"Transsərhəd sulardan içməli su kimi istifadə olunmazdan öncə təmizlənməlidir" Qəribov deyib.

Azərbaycanda iki transsərhəd çayı Araz və Kür çayları var. Həmin çaylar əsasən Ermənistan və Gürcüstan ərazisində çirkləndirilir. Hər iki ölkə müvafiq beynəlxalq konvensiyalara qoşulmadığından, transsərhəd sularının təmizlənməsinə dair hər hansı öhtəlik götürməyib.

Qəribov bildirib ki, transsərhəd sularının tərkibini öyrənmək məqsədilə 16 nöqtədə daimi monitorinq aparılır. Onun sözlərinə görə, bu suların tərkibində radiasiya çirklənməsi norma həddindədir.

Xəbər lenti

Xəbər lenti