...

Millət vəkili: "Təhsil haqqında" Qanun prezident tərəfindən təqdim edilməsə, ona müdaxilələr olacaq"

Cəmiyyət Materials 1 Oktyabr 2007 16:32 (UTC +04:00)
Millət vəkili: "Təhsil haqqında" Qanun prezident tərəfindən təqdim edilməsə, ona müdaxilələr olacaq"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda "Təhsil haqqında" yeni Qanunun qəbul olunması ilə bağlı Milli Məclis və ölkənin ayrı-ayrı icra strukturları arasında fikir ayrılığı davam edir. ""Təhsil haqqında" Qanun lahiyəsinin qanunvericilik təşəbbüsü ilə, prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunması vacibdir. Cünki, bu çox vacib və ictimaiyyəti narahat edən qanundur",- deyə bazar ertəsi Bakıda Milli Məclisin payız sessiyasının ilk iclasında hakim Yeni Azərbaycan partiyasının müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Azərbaycanın hazırda qüvvədə olan "Təhsil haqqında" Qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildə yeni Qanunun hazırlanmasına başlanılıb. Layihə bir dəfə parlamentin birinci oxunuşda müzakirəsinə çıxarılsa da, deputatlar onu qəbul etməyiblər. 2005-ci ildə yeni Qanunun hazırlanmasına başlanılıb. Bir neçə dəfə onun qəbul olunması haqqında məlumatlar verilsə də, bu, həyata keçirilməyib. Milli Məclisin sədri Oqtay Əsədov bazar ertəsi bildirib ki, Azərbaycanın yeni Təhsil Qanunı hazırdır və Milli Məclisin payız sessiyasında qəbul olunacaq.

YAP-çı millət vəkili hesab edir ki, əgər "Təhsil haqqında" yeni Qanun prezident tərəfindən Milli Məclisə daxil olunmasa, ayrı-ayrı strukturlar tərəfindən qanun layişəsinə müdaxilələr olunacaq: "Belə olan təqdirdə isə, Təhsil Qanunu cəmiyyətin deyil, ayrı-ayrı universitet rektorlarının və bu sahə ilə məşğul olan insanların qanunu olacaq".

Xəbər lenti

Xəbər lenti