...

Şəkidə 53 uşaq himayədar ailələrə verilib

Cəmiyyət Materials 1 Oktyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Şəki rayonunda, bu il ərzində uşaq evlərinin ləğv edilməsi çərçivəsində, 24 uşaq ailələrə qaytarılıb, bazar ertəsi Şəki Uşaq Evinin direktoru Xuraman Qafarova bildirib.

Uşaqların ailələrə verilməsi (de-institulizasiya) və uşaq evlərinin ləğv edilməsi layihəsi çərçivəsində son üç ildə 53 uşaq himayədar ailələrə verilib.

Şəki Uşaq Evində 47 uşağın olduğunu deyən direktor onlardan 10 nəfərinin hər iki valideyndən məhrum olduğunu və ilin sonuna qədər bu uşaqların himayədar ailələrə veriləcəyini bildirib.

Layihədə uşaq evlərinin ləğvindən sonra Ailə Uşaq evlərinin yaradılacağını bildirən Qafarova, himayədar ailələrə verilən uşaqlara vəsaitin ayrılacağını və dövlət nəzarətinin olacağını qeyd edib.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti