...

Azərbaycanın cüdo üzrə yığmasının lideri Bakıdakı dünya kubokunda çıxış edə bilər

Cəmiyyət Materials 2 Oktyabr 2007 12:23 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend müxbir Z.Səfərov/ Rotterdamda keçirilən dünya Superkubokunda qabırğasından zədə alan Azərbaycan cüdoçusu Mövlud Mirəliyev ( 100 kq) oktyabrın 13-də Bakıda start götürəcək dünya kubokunda çıxış edə bilər.

İdmançı aldığı zədə səbəbindən Hollandiyada keçirilən yarışın təsəlliverici görüşlərindəki çıxışını davam etdirə bilməyib. Atletin zədəsi bir həftə yarım müddətinə sağala bilər. "Hələ ki, Mövludun Bakıda çıxışı sual altındadır. Hər şey onun həmin zamana olan vəziyyətindən asılı olacaq. Əgər atletin zədəsi sağalmasa, biz atletlə risk etmək istəmirik. Belə ki, Mirəliyev bizə sağlam lazımdır" - deyə baş məşqçi qeyd edib.

Mirəliyev aldığı zədə ucbatından komandaların Hollandiyadakı təlim-məşq toplanışlarında iştirak etmir.

Xəbər lenti

Xəbər lenti