...

Bakıda Moskvanın Mədəniyyət Günləri ilə əlaqədar layihələr planlaşdırılıb

Cəmiyyət Materials 2 Oktyabr 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Sabah Bakıda Moskvanın Mədəniyyət Günləri ilə əlaqədar təntənəli tədbir keçiriləcək. Bu haqda "TrendLife"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat-katibi İntiqam Hümbətov xəbər verib. İlk tədbir saat 16:00-da Səttar Bəhlulzadə adına sərgi salonunda keçiriləcək, daha sonra isə 19:00-da Opera və Balet Teatrında qala konsert ilə davam etdiriləcək. Tədbir Musiqili Komediya Teatrının səhnəsində "Modern" Moskva teatrının "Mənim əziz kişilərim" tamaşası ilə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti