...

Azərbaycanda daha bir qəzetin baş redaktoru cəzalandırıldı

Cəmiyyət Materials 2 Oktyabr 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda daha bir qəzetin baş redaktoru cəzalandırıldı. Çərşənbə axşamı Bakının Nərimanov rayon məhkəməsinin qərar ilə "24 saat" qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu müğənni Nazpəri Dostəliyevanın xüsusi ittiham qaydasında şikayəti üzrə 330 manat məbləğində cərimə olunub.

Dostəliyeva baş redaktor və qəzetin Natiq adlı yazarı barəsində qəzetin bu il martın 26-da və 28-dəki saylarında dərc olunan məqalələrə görə məhkəməyə müraciət edib. Həmin məqalələrdə müğənninin oğlunun həbs olunduğu barədə məlumat verilirdi.

Müğənni baş redaktorun Cinayət Məcəlləsinin böhtan cinayətinə (147-ci maddə) görə həbs olunmasını tələb edirdi.

Ötən il Nəsimi rayon məhkəməsi deputat Cavid Qurbanovun xüsusi ittiham qaydasında iddiası üzrə Fərəməzoğlu barəsində 2 il şərti həbs cəzasına məhkum olunması barədə qərar çıxarıb. Nərimanov rayon məhkəməsinin qətnaməsində bu qərarın müstəqil icra olunması qeyd olunub. Azərbaycanda peşə fəaliyyəti ilə bağlı olaraq 7 jurnalist həbsdədir. Onların əfv olunması üçün ölkə başçısına müraciət olunub.

Xəbər lenti

Xəbər lenti