...

Həbs edilmiş AXCP üzvünün ruhi xəstə olub-olmadığını həkim komissiyası müəyyənləşdirəcək

Cəmiyyət Materials 3 Oktyabr 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Naxçıvanın Sədərək rayonunda həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, ixtisasca həkim Ələsgər İsmayılovun ruhi xəstə olub-olmadığını həkim komissiyası müəyyənləşdirəcək.

Bu barədə çərşənbə günü Trend ə məlumat verən Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirib ki, bu gün 1 saylı Respublika Ruhi Əsəb Xəstəxanasında İsmayılovla görüşüb.

Behbudov bildirib ki, Naxçıvan Muxtar Respublikasındakı Ruhi Əsəb Xəstəxanasında 70 yaşlı İsmayılova paranol psixapatiya diaqnozu qoyulub. O, Naxçıvan MR-in Səhiyyə Nazirliyi tərəfindən stasionar müalicə üçün Bakıya göndərilib.

Komitə sədrinin sözlərinə görə, xəstəxananın rəhbərliyi bildirib ki, İsmayılovun ailəsi onu evə apara bilər.

İsmayılov Behbudova bildirib ki, o heç vaxt ruhi xəstə olmayıb: "İsmayılov hesab edir ki, o, Bakıya sifarişlə göndərilib. Evdən məcburi çıxarılan vaxt polislər ona qarşı zor tətbiq ediblər".

Behbudov İsmayılova polislər tərəfindən zor tətbiq edilməsi faktının araşdırılması ilə bağlı daxili işlər nazirinə müraciət edəcəyini deyib.

İsmayılov sentyabrın 20-də həbs olunub, sentyabrın 28-də Bakıdakı 1 saylı Respublika Ruhi Əsəb Xəstəxanasına yerləşdirilib.

İsmayılov siyasi motivlərlə həbs olunduğunu deyir. O, həbsini dəfələrlə korrupsiya və başqa özbaşınalıqlarla bağlı Prezident Aparatı və digər orqanlara şikayət yazması ilə əlaqələndirib. 

Xəbər lenti

Xəbər lenti