...

Azərbaycan voleybolçusu Yelena Parxomenko Çempionlar liqasının ilk oynunu buraxa bilər

Cəmiyyət Materials 3 Oktyabr 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Belçika və Lüksemburqda keçirilən Avropa çempionatında zədə alan Azərbaycan yığmasının aparıcı voleybolçularından biri Yelena Parxomenkonun sağalma müddəti hələ müəyyən olunmayıb.

Trend in verdiyi məlumata görə, bu günlərdə idmançının zədəli dizi həkim müayinəsindən keçirilməlidir. Parxomenkonun tibbi kartı Türkiyənin klinikalarından birinə göndəriləcək. Bundan sonra həkimlər voleybolçunun vəziyyətini və sağalma müddətini qiymətləndirəcəklər. Lakin ehtimal olunur ki, Yelena "AzərReyl"in tərkibində Çempionlar liqasının qrup mərhələsinin birinci oynunu buraxmalı olacaq.

İdmançı Avro-2007-nin ikinci qrup raundu çərçivəsində Rusiya yığması ilə görüş zamanı zədələnib.

Xəbər lenti

Xəbər lenti