...

Vəkil məhkəmədən Fərhad Əliyevə bəraət hökmü çıxarmağı xahiş edib

Cəmiyyət Materials 3 Oktyabr 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ Çərşənbə günü günün ikinci yarısı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, onun qardaşı -"Azpetrol" Şirkətlər Qrupun prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə məhkəmə iclası Fərhad Əliyevin vəkili Elton Quliyevin müdafiə nitqi ilə davam edib.

Quliyev Fərhad Əliyeva qarşı vəzifədən sui-istifadə, vergidən yayınma, qanunsuz özəlləşdirmə, rüşvət alma və digər cinayətlərə dair irəli sürülmüş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini bildirib. Vəkil məhkəmədən keçmiş İqtisadi inkişaf naziri barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti