...

Bakı Musiqi Akademiyasının dosenti Kəmalə Neymanova Vyana Konservatoriyasının prorektoru ilə birgə ifa edəcək

Cəmiyyət Materials 4 Oktyabr 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Oktyabrın 23-də Azərbaycanın Avstriyadakı səfirliyində maraqlı konsert proqramı təşkil olunacaq. "TrendLife"ın verdiyi məlumata görə, həmin konsertdə Bakı Musiqi Akademiyasının (BMA) dosenti Kəmalə Neymanova və Vyana Konservatoriyasının prorektoru Volfanq Klos birgə çıxış edəcəklər. Klos alt ifaçısı, Kəmalə xanım isə pianoçudur. Onlar alt alətində Şubertin sonatasını birgə ifa edəcəklər. Onu da qeyd edək ki, konsert BMA və Vyana Konservatoriyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti