...

Azərbaycan Opera və Balet Teatrında "Aida" operası xarici kollektivin təqdimatında olacaq

Cəmiyyət Materials 4 Oktyabr 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı 4 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Oktyabrın 27-də Opera və Balet Teatrında "Aida" operası göstəriləcək. Teatrın mətbuat xidmətindən "TrendLife"a verilən məlumata görə, səhnədə tamaşaçılar qarşısında xarici kollektiv çıxış edəcək. Aidanın əsas partiyasını dünya şöhrətli opera müğənnisi Bosilka Stefanoviç, Radamesa partiyasını isə Gürcüstan Opera Teatrının solisti Teymuraz Ququşvili, Amneris rolunu isə Ukraynanın əməkdar artitsi Anjelina Şvaçka ifa edəcək. Həmçinin tamaşada əməkdar artist Əli Əsgərov, Gülnaz İsmayılova və başqaları da çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti