...

Məhkəmə-Hüquq Şurası hakimliyə namizədlərlə tədris kurslarına başlayıb

Cəmiyyət Materials 4 Oktyabr 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Məhkəmə-Hüquq Şurası (MHŞ) hakimliyə namizədlərlə tədris kurslarına başlayıb. MHŞ-dən cümə axşamı Trend ə verilən məlumata görə, yarım il davam edəcək kursların proqramına ən aktual, o cümlədən insan haqları, korrupsiya, məhkəmə etikası və digər məsələlərə dair mövzular daxil edilib, yüksək məhkəmə hakimlərinin, alimlərin, xarici mütəxəssislərin mühazirələri nəzərdə tutulub.

MHŞ-nin ötən gün keçirilən iclasında hakimliyə namizədlərlə keçiriləcək tədris kursunun proqramı müzakirə olunub.

Hakimliyə namizədlərlə keçirilmiş test və yazılı imtahanları müvəffəqiyyətlə vermiş 188 nəfər hakimliyə namizədlə açıq şəkildə keçirilmiş imtahanların nəticələri üzrə uğur qazanmış 102 nəfər növbəti mərhələyə - ilkin uzunmüddətli tədris kursuna buraxılıb.

Xəbər lenti

Xəbər lenti