...

Azərbaycanın qəzet redaktorları Türkiyənin nazirləri ilə görüş keçiriblər

Cəmiyyət Materials 4 Oktyabr 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Türkiyədə səfərdə olan Azərbaycanın qəzet redaktorları cümə axşamı bu ölkənin nəqliyyat naziri Binəli Yıldırım, enerji və təbii qaynaqlar naziri Hilmi Gülərlə görüş keçiriblər. Bu barədə Trend ə "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı məlumat verib.

Nəqliyyat naziri ilə görüşdə Binəli Yıldırım bilidrib ki, Bakı-Naxçıvan-Qars dəmir yolunun yaxın iki il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu layihə təkcə iki ölkənin deyil, ümumilikdə bölgənin inkişafını sürətləndirəcək. Yıldırımın sözlərinə görə, "Nabukko" layihəsi də Türkiyə ilə Azərbaycanın iqtisadi əməkdaşlığını daha lfgenişləndirəcək.

Nazir görüşdə onu da deyib ki, dünyada neftin qiymətinin bahalaşması Azərbaycanın nüfuzunu artırır, bölgədə güclü dövlətə çevbrir. Türkiyənin tranzit ölkəyə çevrilməsi onun iqtisadiyyatının güclənməsində rol oynayır.

Türkiyənin enerji və təbii qaynaqlar naziri Hilmi Gülər Xəzər dənizində "Şahdəniz" neft yatağının Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini, Türkmənistanla əlaqələrdə yaxınlaşma yarandığını deyib. Nazirin sözlərinə görə, neft-qaz tranzitində Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi bu ölkələr üçün çox vacibdir.

Redaktorlar bu gün "Anadolu" xəbər agentliyində də görüş keçiriblər, Azərbaycan mətbuatı ilə məlumat mübadiləsi aparılması, Azərbaycanın media orqanlarının aşağı qiymətlərlə agentliyə abunə yazılması kimi təkliflər veriblər.

Xəbər lenti

Xəbər lenti