...

Azərbaycanın qadınlardan ibarət cüdo üzrə komandası Minskə getməyə hazırlaşır

Cəmiyyət Materials 5 Oktyabr 2007 13:55 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend müxbir Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət cüdo üzrə komandası oktyabrın 13-də Minskdə start götürəcək dünya kubokunda çıxış edəcək.

Kollektivin baş məşqçisi İbadulla Şabanovun Trend ə verdiyi məlumata gərə, Belarusa dəfələrlə Avropa çempionatı mükafatçısı Kifayət Qasımova (57kq), həmçinin bu yaxınlarda Rotterdamda keçirilən dünya çempionatının iştirakçisı və gənclər arasında Avropa birinciliyinin medalçısı Ramilə Yusupova ( 63 kq) yollanacaq.

"Bir neçə dəfədən sonra Avropa Cüdo İttifaqı (EJU) qadınlar və kişilər arasında yarışın ayrı-ayrı ölkələrdə keçirilməsini qərara alıb. Bu gün təkcə Moskva, Paris, Hamburq və Rotterdamda güclü və zərif cinsin nümayəndələri bir yerdə çıxış edir. Lakin hər halda bütün bu turnirlər, həmçinin Minskdəki yarış Olimpiadaya düşmək üçün lisenziya xalı verir" - deyə məşqçi qeyd edib.

K.Qasımova Pekinə düşmək üçün yaxşı şansa malikdir. Belə ki, o, EJU-nun reytinqində üçüncü pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti