...

Azərbaycanda ailə zorakılığının qarşısının alınması haqqında qanun qəbul oluna bilər

Cəmiyyət Materials 5 Oktyabr 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda ailə zorakılığının qarşısının alınması haqqında qanun qəbul oluna bilər. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Dövlət Komitəsi "Ailə zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim edib və parlamentin indiki payız sessiyasında layihənin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Komitə sədri bildirib ki, Azərbaycanda bir milyon 810 min 500 ailə yaşayır.

Onun sözlərinə görə, ailədaxili problemlərin əksəriyyəti qadınların hüquqi cəhətdən savadsız olmasından irəli gəlir.

Hüseynovanın sözlərinə görə, Komitəyə daxil olan şikayətlərin əksəriyyəti sosial problemlərlə bağlı olur. Komitəyə indiyədək 2 minə yaxın şikayət daxil olub.

Hüseynova bilidrib ki, üç istiqamətdə (ailə, qadın və uşaq) Milli fəaliyyət planı hazırlanaraq Azərbaycanın Nazirlər Kabinetinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti