...

Azərbaycanlılar daha çox Dövlət Miqrasiya Xidmətində işləmək istəyirlər

Cəmiyyət Materials 5 Oktyabr 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Dövlət orqanlarındakı vakant yerlərə işə qəbul olunmaq istəyənlər Dövlət Miqrasiya Xidmətinə, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinə maraq göstərirlər.

Prezident yanında Dövlər Qulluğu Məsələləri üzrə Komissiyadan cümə günü Trend ə bildirilib ki, 25 dövlət orqanında 383 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sentyabrın 7-dən elan olunmuş müsabiqədə iştirak etməyə oktyabrın 5-dək 1249 nəfər sənəd verib. Sənəd verən namizədlərdən 27 vakant vəzifə üzrə 237 nəfər Dövlət Miqrasiya Xidmətinə, 34 vakant yerə 158 namizəd İqtisadi İnkişaf Nazirliyinə, 30 vakant yerə 134 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 22 vakant yerə 124 namizəd sənəd verib.

Sənəd qəbulu oktyabrın 6-da başa çatacaq.

Sənədləri yoxlanılan namizədlər müsabiqənin ilk mərhələsi olan test imtahanlarına buraxılacaq. İmtahanda uğur qazanan namizədlərlə müsahibə aparılacaq.

Xəbər lenti

Xəbər lenti