...

Kriştianu Ronaldu Bakıya gələcək

Cəmiyyət Materials 5 Oktyabr 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend Z.Səfəov/ Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari oktyabrın 13-də Avropa -2008-in Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycana qarışı keçiriləcək seçmə oynunda iştirak edəcək tərkibi açıqlayıb.

Trend in verdiyi məlumata görə, məşqçi yarım müdafiəçi Kriştianu Ronaldu, Simao və Deku, forvard Nunu Qomeş, müdafiəçi Rikard Karvalo, qapıçı Rikkardo daxil olmaqla,demək olar ki, bütün güclü oyunçuları oyunda iştirak etməyə çağırıb.

Maraqlıdır ki, Skolari ,UEFA tərəfindən idman yaraşlarında iştirak etməkdən məhrum edildiyinə görə, Portuqaliya yığmasının oktyabr ayında Azərbaycan və Qazaxıstan, noyabr ayında Ermənistanla keçiriləcək görüşlərinə rəhbərlik edə bilməyəcək. Məşqçiyə nə oyundan əvvəl, nə də oynudan sonra dəyişmə otağında, tuneldə, texniki zonada və ya meydançada görünmək qadağan olunub. O, həmçinin, yığma ilə ünsiyyət də qura bilməz.

Xəbər lenti

Xəbər lenti