...

Azərbaycanın Konstitusiya Məhkəməsi yubileyə hazırlaşır

Cəmiyyət Materials 5 Oktyabr 2007 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanın Konstitusiya Məhkəməsi 2008-ci ildə on illiyini qeyd etmək niyyətindədir. "Biz 2008-ci ilin iyun ayında Azərbaycan Konstitusiya Məhkəməsinin yubileyinə hazırlaşırıq",-deyə cümə günü AR Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə bildirib.

O bildirib ki, yubiley tədbiri ilə bağlı hazırlıq işlərli aparılır. Lakin o, görülən işlərin təfərrüatlarını açıqlamayıb. Abdullayev yalnız onu söyləyib ki, bir neçə konfrans və tədbir, həmçinin, beynəlxalq xarakterli tədbirlər keçiriləcək.

Konstitusiya Məhkəməsinin sədri, həmçinin, bildirib ki, 2007-ci ilin 9 ayı ərzində vətəndaşlardan təqribən 1500 ərziə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti