...

Londonda artıq iki azərbaycan məktəbi fəaliyyət göstərəcək

Cəmiyyət Materials 5 Oktyabr 2007 21:42 (UTC +04:00)
Londonda artıq iki azərbaycan məktəbi fəaliyyət göstərəcək

Böyük Britaniya, London / Trend müxbir G. Əhmədova / Yaxın gələcəkdə Londonda daha bir azərbaycan məktəbi fəaliyyət göstərəcək.Britaniya paytaxtında fəaliyyət göstərən "Caspian-Xəzri" azərbaycan məktəbi" fəaliyyətini genişləndirir. İndi "Xəzri" Londonun cənub hissəsində də fəaliyyət göstərəcək. Bu haqda cümə günü Trend ə "Caspian-Xəzri"nin nümayəndəsi Vüsal Həmzəyev xəbər verib.

Londonda ilk azərbaycan məktəbi olan "Caspian-Xəzri" 29 aprel 2006-cı ildən fəaliyyət göstərir.

"Sabah yeni tədris ili başlayır və 26 azərbaycanlı şagird ikinci sinfə gedəcək" - deyə Həmzəyev bildirdi. Onun sözlərinə görə, yerli bələdiyyə ilə danışıqlar nəticəsində "Caspian-Xəzri" ikinci məktəbin fəaliyyət yeri olacaq daha bir bina icarəyə götürüb. Məktəb nümayəndəsi əlavə ebib ki, azərbaycan məktəblərində təhsil almaq üçün 40 yaxın uşaq İnternet vasitəsilə qeydiyyatdan keçib.

Həmzəyev həmçinin bildirdi ki, "Caspian-Xəzri" Londonun "Azərbaycan evi"ndə bir ayüdan sonra fəaliyyətə başlayacaq doğma dilin təkmilləşdirmə kursları açmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti