...

Bakıda keçiriləcək cüdo üzrə dünya kubokunun iştirakçı dövlətlərinin sayı genişlənir

Cəmiyyət Materials 6 Oktyabr 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Otuz üç ölkə oktyabrın 13-də Bakıda, H.Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək cüdo üzrə dünya kubokunda iştirakını təsdiq edib.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, Rusiya, Sloveniya, Hollandiya, İsveçrə, Türkiyə, Slovakiya, Polşa, Çexiya və bir sıra digər ölkələr yarışda iştiraka hazır olduqlarını bildirib.

Bununla belə, turnirdə İrandan və Qazaxıstandan olan cüdoçuların iştirakı da gözlənilir. Bu komandalar Avropa təmsilçilərindən fərqli olaraq Bakıda uğurlu çıxış edəcəkləri halda lisenziya əldə etməyəcəklər. Həmçinin, yaxın günlərdə Bakıya gəlməyə hazırlaşan Ukrayna, Gürcüstan və Belarusun da dünya kubokunda öz iştirakını təsdiq edəcəyi gözlənilir.

Yarışın qalibləri 60 hesab xalı qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti