...

Sabiq iqtisadi-inkişaf naziri müalicə olunmaq üçün Almaniyadakı həkiminin Azərbaycana gəlməsini istəyir

Cəmiyyət Materials 6 Oktyabr 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın sabiq iqtisadi-inkişaf naziri Fərhad Əliyev müalicə olunmaq üçün Almaniyadakı həkiminin Azərbaycana gəlməsinə icazə verilməsini istəyir, şənbə günü Trend ə Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirib. Onun sözlərinə görə, Əliyev istəyini bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında görüşü zamanı bildirib.

"Fərhad Əliyev özünü yaxşı hiss etmir, ürəyində ağrıları var" Behbudov deyib.

Hüquq müdafiəçisi Əliyevin istəyini MTN-nin rəhbərliyinə çatdırdığını bildirib.

Behbudov MTN-nin İstintaq Təcridxanasında apardığı monitorinq zamanı "Gündəlik Azərbaycan" və "Realnıy Azgrbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və "Azpetrol" şirkətinin sabiq prezidenti Rafiq Əliyevlə də görüşüb. Behbudov bildirib ki, hər ikisi təcridxanadakı saxlanma şəraitindən narazı olmadıqlarını, lakin özlərini müqəssir hesab etmədiklərini deyib.

Xəbər lenti

Xəbər lenti