...

Müğənni Rühəngiz Allahverdiyeva: "Hamı qalmaqal edir, qoy heç olmasa bir nəfər kənarda qalsın"

Cəmiyyət Materials 8 Oktyabr 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /müx. "TrendLife" Fəridə Məhərrəmqızı/ Azərbaycanın əməkdar artisti, müğənni Rühəngiz Allahverdiyeva həmişə sadəliyi, təmkinliyi ilə şou-biznes nümayəndələrindən fərqlənib. Vaxtı olduğu zaman sırf yaradıcılığı ilə məşğul olur. "TrendLife" müxbiri müğənniyə "Yaradıcılığınızda hansı yeniliklər var?" sualı ilə müraciət etdiyi zaman onun cavabı belə oldu: "Hazırda bəstəkar Hatəm Naxçıvanlının "Səni sevirəm" mahnısına klip çəkdirirəm. Bir neçə yeni mahnılar üzərində işləyirəm. Hatəm Naxçıvanlı həmçinin yaratmış olduğum "Qraf" qrupunun solistlərindən biridir".

"TrendLife" müxbiri müğənniyə daha bir suala müraciət etdi:

- Bəziləri gündəmdə qalmaq üçün qalmaqallardan istifadə edirlər. Siz isə həmişə qalmaqallardan uzaqsınız. Sadəliyinizlə seçilirsiniz. Olmaya qalmaqaldan qorxursunuz?

- "Yox, əslində mən qorxmuram. Hamı dava-dalaş edir. Qoy heç olmasa bir nəfər də sakit otursun. Bilirsiniz, müğənni qalmaqalla yox, sənəti ilə yaddaşlarda qalmalıdır. Mən isə təbiətən davakar insan deyiləm. Bəlkə də bu sırf təbiətimlə əlaqəli olan bir şeydir. Vallah, bir sirr açıb deyim ki, əsasən günümün çox hissəsini evimdə öz ailə üzvlərimlə birgə keçirirəm. Toy şənliyi olanda isə ancaq restorana gedib-gəlirəm. Bir sözlə, çox nadir hallarda həmkarlarımla rastlaşıram. Əlbəttə, bu da mənim ən böyük şansımdır ki, kimsə ilə qalmaqala qol qoymuram".

Xəbər lenti

Xəbər lenti