...

Müğənni Mətanət İsgəndərli : "Konsertlərimdə əsla "xaltura" etmirəm"

Cəmiyyət Materials 8 Oktyabr 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı 8 oktyabr/müx. "TrendLife" Şahin Cavadsoy/ Əməkdar artist titulundan çox, "El qızı" təxəllüsü ilə fəxr edən müğənni Mətanət İsgəndərli solo proqramıyla çıxış etməyə hazırlaşır. Bu haqda "TrendLife"a danışan sənətçi bildirir ki, verdiyi hər bir konsertdə o qətiyyən "xaltura" etməyib: "Professional səhnəyə gəldiyim ilk gündən həmişə çalışmışam ki, tamaşaçılarımın ümidlərini doğruldum. Bilirsiz, atalar boş-boşuna deməyiblər, xalqın gözü tərəzidir. Bu tərəziyə qalxmaq da bütün sənətçilərə nəsib olmur. Amma sevindirici haldır ki, gun keçdikcə Mətanətsevərlərin sayı artan xətt üzrə inkişaf edir. O ki, qaldı konsertlərdə edilən "xaltura"lara, vallah bu söz ümumiyyətlə mənə yad olan bir şeydir. Konsertlərimdə əsla "xaltura" etməmişəm, yəqin bundan belə də bu cür addım atmaram. Məncə, təşkil olunan konsert müğənnilərin hesabatıdır. Axı, bizi dinləməyə gələnləri niyə aldatmalıyıq ki?"

Konsertinin dəqiq vaxtını söyləməyən Mətanət xanımdan güclə öyrəndik ki, tədbirin noyabr ayında keçirilməsi planlaşdırılıb: "Bir çox müğənnilər kimi, mənə də öncədən danışmaq düşərli olmur. Sadəcə onu deyə bilərəm ki, konsert teatrlarımızın birinin binasında baş tutacaq. Yəqin ki, noyabır ayında pərəstişkarlarım bu sürprizimin şahidi olarlar".

Xəbər lenti

Xəbər lenti